İran

Xamenei Amerikadakı seçkilərə kiber təsir edilməsi barədə göstəriş verib

Əli Xameneinin 2020-ci ildə Amerikada keçirilən prezident seçkilərinə sayber təsir edilməsi ilə bağlı göstəriş verdiyi açıqlanıb. Bu barədə Amerikanın Milli İttilaat müdiri dəftərinin yaydığı raporda bildirilib. Raporda Xameneinin Donald Trampın yenidən seçilməsi ehtimalını azaltmaq məqsədilə belə bir göstəriş verdiyi vurğulanıb. “Bizim hesablamalarımıza görə, İran rəhbəri bu fəaliyyətə icazə verib. İran ordusu, ittilaat sazimanları sayber əməliyyatları keçirmək və bilinməyən mesajlar göndərmək yolu ilə göstərişi icra ediblər. İran və Rusiya ictimai qarşıdurmaları artırmaqla Amerika xalqının seçkilərə etimadını sarsıtmağa çaba göstrib”,-deyə Amerika əmniyyət sazmanlarının birgə hazırladığı raporda diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button