Azərbaycan

Azərbaycan FHN yanğınsöndürənlərini Laçına göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib.

Bu barədə Ermənistanın “Baqramyan” “Telegram” kanalı məlumat yayıb.

“Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Laçına yanğınsöndürənlər göndərilib.

Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər”,- deyə məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycan mediasında ilk olaraq bu xəbəri “Müsavat.com” yayıb.

Related Articles

Bir cavab yazın

Back to top button