İran

Milli fəal Səccad Şəhiri müvəqqəti azadlığa buraxılıb

Güney Azərbaycanın Sulduz şəhərindən olan mədəni fəal Səccad Şəhiri fərvərdinin 23-də Hüquq fişi qarşılığında 2 günlük mürəxəsiyə göndərilib.
Milli fəal fərvərdinin 14-də Hökmlərin İcra Şöbəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz şəhər zindanına aparılıb. Bundan öncə Şəhirinin barəsində “rejimə qarşı təbliğ” ittihamı ilə çıxarılan 6 aylıq həbs hökmü Sulduzun Təcdidenəzər Məhkəməsi tərəfindən təyid edilib. Fəal 1398-ci il deyin 26-da İran hökumətinin ittilaat məmurları tərəfindən Sulduz şəhərində tutuqlanıb və dindirilməsi üçün İttilaatın Təbrizdəki baazdaştqahına aparılıb. İsfəndin 12-də isə İttilaatın baazdaştqahından Təbriz şəhərinin mərkəzi zindanına köçürülüb. Fəal məhkəmənin son qərarına qədər 500 milyon tümənlik zəmanətlə müvəqqəti azadlığa buraxılıb.
Bildirək ki, Səccad Şəhiri bundan öncə də mədəni fəaliyyətinə görə əmniyyət qüvvələri tərəfindən dəfələrlə həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button