İran

PƏRVİN ETİSAMİNİN MƏZARI TƏBRİZƏ KÖÇÜRÜLƏ BİLƏR

Pərvin Etisaminin məzarı Təbrizə gətirilə bilər. Təbrizin İslami Şəhər Şurasının dəbiri Səid Niku Xislət Pərvinin məqbərəsinin Qum ustanından doğma yurdu Təbrizə gətirilməsi üçün danışıqlar aparıldığını deyib. Səid Niku Xislət bu barədə fikirlərini Pərvin Etisami küçəsində piyada keçidinin açılışı mərasimində bölüşüb.
Niku Xislət qeyd edib ki, xanım şairə öz dövründə istibdad olsa da dərin anlamlı şeirlər yazıb. Ona görə də onun ədəbiyyatda tutduğu fərhəngi yerini dünyaya tanıtdırmaq lazımdır. Təbrizin hünərini tarixini və fərhəngi mirasını dünyaya tanıtdıra bilsək bu turizmin gəlişməsinə təkan olar- deyə o qeyd edib.
Bildirək ki, şairə Pərvin Etisaminin əsl adı Rəxşəndə Etisami olub, Təbriz şəhərində doğulub. Məzarı isə Qum şəhərində yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button