Azərbaycan

Güney Azərbaycan əyalətlərində koronovirusdan ölənlərin sayı artıb

Qərbi və Şərqi Azərbaycan əyalətlərində yoluxma və ölüm halları çoxalıb.

Güney Azərbaycan əyalətlərində. Özəllikə Qərbi və Şərqi Azərbaycanda bir neçə ay aradan sonra koronovirusa yoluxma və xəstəlik səbəbindən ölüm hallarında çoxalma qeydə alınıb.

Qərbi Azərbaycan əyaləti Universitetinin Koronavirus İdarəetmə və Nəzarət Qərargahının İşçi Qruöunun başçısı Əli Əfşani mediaya verdiyi açıqlamada son 24 saat ərzində 6 koronovirus xəstəsinin həyatını itirdiyini, bununlada Qərbi Azərbaycanda bu günə kimi joronovirus qurbanlarının sayının 7299 nəfərə çatdığını deyib.

Təbriz Tibb Universitetindən verilən məlumatda isə Şərqi Azərbaycan əyalətində yoluxma sayının kəskin artdığı, gündəlik götürülən testlərin 30-35%-nın nəticəsinin müsbət olduğu və hər gün ortalama 6-7 xəstənin dünyasını dəyişdiyi qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button