Azərbaycanİran

Milli fəalımız cəzasını çəkmək üçün sürgün olunduğu şəhərə gəlib

Azərbaycan Milli Hərəkatının fəalı Behnam Şeyxi Samanlı Xuzistan vilayətinin Məscid Süleyman şəhərində 2 il sürgün cəzası çəkmək üçün həmin şəhərə gəlib.

Qeyd edək ki, Behnam Şeyxi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək” ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib. Bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

O, 2020-ci il iyulun 21-də Tehrandakı iş yerində “təhlükəsizlik qüvvələri” tərəfindən saxlanılaraq Evin həbsxanasına köçürülüb. Şeyxi bir il həbsdə qaldıqdan sonra Məscid Süleyman şəhərində iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılıb.

#BehnamSeyxi #feal

Related Articles

Bir cavab yazın

Back to top button