İran

Kəndlərdə su qıtlığı problemi yaşanır

Cığatı və Qaramusalı çayları arasında yerləşən kəndlərdə su qıtlığı problemi yaşanır. Belə ki, bu çaylar Qoşaçay Vilayətindən savayı bir neçə vilayətlərin də su ehtiyacını təmin edir. Ancaq çay kənarında yerləşən kəndlərdə durum elə də ürəkaçan deyil. Bu problem isti yay aylarında daha da çətin vəziyyətə səbəb olur.
Qoşaçayda əkinçiliklə məşğul olan vilayət sakini Məhəmmədəli Xudabəndə deyir ki, su qıtlığı ev heyvanlarının bəslənilməsində, habelə əkinçilikdə də kəskin müşkül yaradıb. Hətta su çatışmazlığını nəzərə alan bəzi sakinlər başqa bölgələrə üz tutur.
Cığatı Çayı kənarında yerləşən kəndlərdən birinin sakini 28 yaşlı Nurəddin Səmədi deyir ki, əyalətin məsul şəxsləri bir neçə dəfə əraziyə baxış keçiriblər. Ancaq kəndlərin müşkülləri tam olaraq həll edilməyib.
Məsələ ilə bağlı Qərbi Azərbaycanın Su və Fazilab Şirkətinin amil müdiri Əlirza Rəzəvi də öz münasibətini bildirib. O, qeyd edib ki, hər il isti hava şəraiti ilə ilgili olaraq şəhər və kəndlərdə su məsrəfi artır. Bu da hazırkı durumda su qıtlığına gətirib çıxarır. Bu il isə, koronavirus infeksiyonunun yayılması ilə durum daha da çətinləşib. Müşkülün aradan qaldırılması və Qoşaçayda Cığatı Çayının sol sahilində yerləşən kəndlərin içməli sularını təmin etmək yönundə Milli Gəlişdirmə Sandığı Etibarlarından 720 milyard rial vəsait ayrılıb. Beləliklə, 81 kənddə su-çatdırma projəsinin icrası gözlənilir. Məlumata görə, ötən il bu projə üzrə 20 milyard rial xərclənib və 6 600 ailə içməli su ilə təmin olunub. Həmin projə başa çatdırıldıqdan sonra, başqa kəndlərin də su problemi aradan qaldırılacaq. Bu projənin icra əməliyyatının davamında, bu il üzrə 81 milyard rial etibarın təmin olunması nəzərə alınıb.
Əlirza Rəzəvi bildirib ki, Cığatı Çayının sağ sahilində yerləşən kəndlərə içməli suyun verilişi həyata keçiriləcək. Onun sözlərinə görə, bu bölgədə su çatışmazlığına başlıca səbəb su paylama şəbəkəsi və ötürülməsi xətlərinin köhnəlməsi, habelə sıradan çıxmasıdır. Bu müşkülün həlli üçünsə, 800 milyard rial etibar istənilir. Hazırda məsələnin həlli üçün gerekli tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button