Dünyaİran

İran konsulluğunun əməkdaşı Türkiyəli jurnalistə hücum edib

İranın İstanbuldakı Baş Konsulluğunun diplomatı “TRT World” telekanalının jurnalistinə hücum edib. Məsələ ilə bağlı telejurnalist, difa məsələləri üzrə təhlilçi Obi Şah Bəndər öz tuiter səhifəsində paylaşım edib. Jurnalist konsulluq əməkdaşına Məsud Mouləvinin qətlində iştirakda təqsirləndirilən İran diplomatı ilə bağlı sual ünvanlayıb. Bu zaman konsulluq nümayəndəsi jurnalistə hücum edib.
Qeyd edək ki, iranlı müxalif Məsud Mouləvi 14 novambr 2019-cu ildə İstanbulun mərkəzindəki Şişli xiyavanında Əbdülvəhhab Kuçak adlı şəxs tərəfindən güllələnib. Məsud Mouləvi Türkiyəyə sığınmazdan öncə İranda Sepah birləşməsi ilə əməkdaşlıq edib. O, habelə “Qara qutu” teleqram kanalının müdiri olub.

Related Articles

Bir cavab yazın

Back to top button