Azərbaycanİran

Iran rejimi Urmiya gölünün bərpası ilə bağlı yalan məlumat yayır

İranın Xəbər Şəbəkəsi Urmiya gölü ilə bağlı xəbər dərc edib və “Urmiya gölünün suyunun səviyyəsinin artırılması” və “Urmiya gölü novruz turistlərini qəbul edir” kimi başlıqlardan istifadə edərək, əhalini aldatmağa çalışır. Molla rejimin yaydığı məlumata görə, guya gölün vəziyyəti yaxşılaşıb və hər şey qaydasındadır.

Halbuki bu yalandan başqa bir şey deyil. Suyun səviyyəsinin artması yalnız mövsümi xarakter daşıyır və peyk görüntülərini müqayisə etməklə bu mövsümdə suyun səviyyəsinin bir və ya ən çoxu iki il əvvəlki səviyyədə olduğunu asanlıqla görmək olar.

Bu o deməkdir ki, yayda gölün yenidən tamamilə quruması ehtimalı var və göl hələ də kritik vəziyyətdədir.

Qeyd edək ki, Körfəzin suyunun Kirman, İsfahan və Məşhədə borularla çəkmək molla rejimi, Urmiya gölünün bərpası ilə bağlı planların heç birini tam başa çatdırmayıb və bütün layihələrin hamısı yarımçıq qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button