İran

Ələhvazda çox sayda etirazçı həbs edilib

İnternet və telefon əlaqələri kəsilib.

İranın Əhvaz əyalətində bahalığa, özəlliklə çörəyin qiymətinin qaldırılmasına qarşı başlayan etiraz aksiyalarında çox sayda insanın həbs edildiyi bildirilir.

İnsan haqları təşkilatları və ərəb fəallarının verdikləri məlumatlara görə, həbs edilənlərdən onunun kimliyi dəqiqləşdirilə bilib.

ərəb jurnalist Məhəmməd Mali Xuzistanın bir çox bölgələrində internet və mobayl telefon əlaqələrinin kəsildiyini yazıb.

əyalətin xüsusilə Mahşəhr şəhərinə polis qüvvələri ilə yanaşı xüsusi təyinatlı dəstələrin yerləşdirildiyi, şəhərin əksər küçə və meydanlarında silahlı məmurların olduğu bildirilir.

Xuzistanda baş qaldıran etiraz aksiyaları beynəlxalq mediada da geniş işqılandırılmağa başlayıb.

“Nüvə İranına Qarşı Alyans”ın direktoru Ceyson Brodski özünün tvitter hesabında bununla bağlı paylaşım edib.

O, Xuzistan əyalətində etirazların yayılmasının qarşısının alınması və həbslər barədə məlumatın yayılmaması üçün Tehran rejiminin internet və telefon əlaqələrinə məhdudiyyətlər tətbiq etdiyini yazıb.

Brodiski əlaqə imkanlarının kəsilməsini hökumətin narazı əhaliyə qarşı daha qəddar üsullara əl atacağı barədə narahatlıqların çoxalmasına səbəb olduğunu qeyd edib.

Brodskinin sözlərini alqışlayan Amerikanın milli təhlükəsizlik üzrə keçmiş müşavir müavini Viktoriya Kouts Xuzistan etirazçılarına internet dəstəyinin verilməsinin vacibliyini deyib.

“İlan Mask Starlink peyk internetini Ukraynaya gətirə bildiyi halda, biz niyə onu Xuzistana aparıb narazı iranlıların dünya ilə əlaqə saxlamasına şərayit yarada bilmirik?”-deyə, Kuts bildirib.

Qeyd edək ki, mayın 6-dan başlayan etiraz aksiyaları davam edir və ərəb etirazçılar mitinqlərin davam etdirilməsi ilə bağlı mayın 8-də yeni çağırış ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button