Araşdırma & TəhlilDünya

Əfqanıstan dövləti kimlik sənədlərində, türk sözünün yazılmasına icazə verib

Əfqanıstan İslam Cümhuriyyətinin dövləti müxtəlif qomların istəyinə tabe olaraq axır ki, bu ölkədə yaşayan türk qomlarının, o cümlədən özbəklər, türkmənlər, qarluqlar, həzarələr və sair qomların adlarını kimlik sənədlərində yazılmasına icazə verib. Əfqanıstanda öz türk kimiliyinə qayıtması üçün illərdir ki, aydınlar tərəfindən işlər görülür, görüşlər və mərasimlər, toplantın və hüquq tələbinə toplaşmalar keçirilir. Nəhayət ki, bu çəkilmiş zəhmətlər səmərəsiz qalmayıb, Əfqanıstan İslam Cümhuriyyətinin dövləti türk sözünün bu ölkənin vətəndaşlarına verilən kimlik sənədlərində yazılmasına icazə verib.

Kimlik sənədi kart kimidir və fərdin göstəriciləri, o cümlədən soyadı, adı, atası və sair yazılmaqla yanaşı, vətəndaşlıq sözünün qarşısında əfqan və qom sözünün qarşısında isə türk yazılıb. Türk olmayan qomlar üçün öz qomlarının adı yazılır. Əfqanıstan dövləti xalqların kimiliyinə təhlükəsizlik gözü ilə baxmayaraq xalqların hüquqlarını təmin etməyə az da olsa bu addımı atıb.

Əfqanıstan İslam Cümhuriyyəti və İran İslam Cümhuriyyəti ikisi də islamı sistemlə idarə olunur və hər iki ölkədə fars mənsubiyyətli xalq hakimdir. Amma Əfqanıstan dövləti xalqların hüquqlarına sayğı ilə yanaşıb təmin etməklə bu baxımdan İrandan daha irəlidədir və daha təmin edici addımlar atır. İran isə bu məsələyə kəskin və aşırı olan ancaq hakim xalqın hüquqlarını təmin etmə mozeyi tutaraq belə bir addım atmaqdan acizdir və hətta xalqların ən kiçik hüquqlarını belə təmin etməkdən çəkinir. Bir ölkədə müxtəlif qomların və xalqların hüquqlarını ən yüksək səviyyədə hətta konfederasion şəklində özlərini idarə etmələri hüquqnun verilməsi xalqlar arasında ayrılığa yox, əksinə birləşməyə və birliyə gətirib çıxarar. Əfqanıstan dövləti bu kiçik addımı ilə ölkəsinin xalqlarının birliyini daha gücləndirmiş olub. Atalar demişkən “sağ əli bizim başımıza” misalı olaraq Əfqanıstan dövlətinin sağ əli İran dövlətinin başına. İran dövləti bilməlidir ki, artıq İranda yaşayan xalqlar öz hüquqlarını yaxşı bilir və İran dövləti istəsə istəməsə də bu hüquqları, gec-tez təmin etməlidir. Amma öz xoşuna təmin edərsə qeyri fars xalqlar ilə hakim fars xalqının barışmasına və ölkənin birliyinə səbəb ola bilər.

Taymaz Dizəli

 

 

Related Articles

Bir cavab yazın

Back to top button