Azərbaycan

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada görüşlərini davam etdirir.

Nazir Reykyavik şəhərində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç və İslandiyanın Baş naziri Katrin Yakobsdottirlə görüşüb.

Bu barədə “Report” Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Ceyhun Bayramov İslandiyanın paytaxtında Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.

Azərbaycanın XİN başçısının Zirvə Görüşündə iştirak edəcək dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button