İran

İran BƏƏ-də səfirliyinin fəaliyyətini bərpa edir

İran Birləşmiş Ərəb Əmirliklərinə yenidən səfir göndərmək niyyətindədir.

İran mediasının yazdığına görə,  Tehran hökuməti və BƏƏ arasında əldə olunan razılaşmadan sonra iki ölkə diplomatik münasibətlərini bir daha səfirlər səviyyəsinə yüksəltmək qərarına gəlib.

BƏƏ-dən Seyf Məhəmməd Obaid Əl-Zaabi İrandakı səfir kimi Tehrana qayıdıb və rəsmi olaraq BƏƏ-nin İrandakı səfiri kimi Tehranda fəaliyyətə başlayıb.

Xəbərə görə, İranın BƏƏ-dəki yeni səfiri isə Reza Ameri olacaq. Ameri İran Xarici İşlər Nazirliyində Xaricdəki İranlılar ilə İş üzrə İdarənin rəisi vəzifəsində çalışıb. O, bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri olub.

Qeyd edək ki, Qərb ölkələri tərəfindən sıxışdırılan və beynəlxalq təzyiqlərin artmasını müşahidə edən İran hakimiyyəti Körfəz ölkələri ilə münasibətləri yumuşaltmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button