Azərbaycanİran

​​İran məhkəməsi azərbaycanlı tələbəyə psixoloji təzyiq göstərir

İranın molla rejimi tərəfindən uydurma ittihamla həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli anası ilə telefonla danışıb. Tələbənin anası İradə Səfərli qeyd edib ki, məhkəmə oğluna son söz üçün 3 gün vaxt verib:

“Dünən Fəridlə danışdıq. Yaxın günlərdə hökm oxunacaq. Son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələlərlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi. Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdır. 

Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ tələb edirlər, hələ minnət qoyurlar ki, öz azərbaycanlımızsan. Fəridlə məsləhətləşdik və o dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı, demək olar ki, sıfırdır və üstəlik, ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır”.

Related Articles

Bir cavab yazın

Back to top button