Azərbaycan

Sayınqalada taksi sürücüləri tətilə başladı

Qərbi Azərbaycan əyalətinin Sayınqala şəhərinin taksi xidməti ilə məşğul olan sürücülər fevralın 2-i səhər saatlarından etiraz aksiyasına başlayıb.

Şəhər fərmandarlığının binası qarşısında toplaşan sürücülər bundan öncə irəli sürdükləri tələblərin yerinə yetirilməməsinə etiraz ediblər.

Sürücülər həmçinin gediş haqlarının aşağı olmasına etiraz edib, hökumətin nəzərdə tutduğu kompensasiyanı (təzminat) ödəməmədiyni bildiriblər.

Bundan öncə oxşar istəklərlə aksiya keçirən sürücülərə şəhər başçısı (fərmandar) Əmir Teymuri problemlərinin həlli ilə bağlı tədbir görüləcəyi barədə söz verib.

Lakin bu günə kimi bununla bağlı heç bir addım atılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button