Dünyaİran

“Human Rights Watch” İranda azyaşlılara işgəncələr barədə hesabat yayıb

"Human Rights Watch" Təşkilatı İranda azyaşlı uşaqlar və yeniyetmələrin İran məmurları tərəfindən sistemli şəkildə işgəncə edildiyi və onlara qarşı cinsi zorakılıq göstərildiyi barədə hesabat yayıb

Hesabatda bir neçə azyaşlının işgəncə altında öldürüldüyü və onların meyitinin yoxa çıxarıldığı yazılıb.

“İranın hökumət başçıları öz qəddar təhlükəsizlik qüvvələrindən uşaqlara cinsi təcavüz və işgəncə vermək üçün istifadə edib, uşaqları gülünc və ədalətsiz məhkəmələrdə mühakimə edib”, – “Human Rights Watch” Təşkilatının İran üzrə nümayəndəsi Tara Sepehri bildirib.

Bununla yanaşı, hesabatda həbs edilən uşaqların ailələrinin də təzyiqlərə məruz qaldığı, onların övladlarına vəkil tutmaq hüququ verilmədiyi qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button