Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güney Azərbaycan şəhərlərində Traxtur komandasının çempionluq şənliyi keçirildi

Axşam saatlarında Güney Azərbaycan şəhərləeində Traxtur komandasının çempionluq şənliyi keçirilib.

Təbriz, Urmiya¸ Ərdəbil, Miyana, Zəncan, Xoy, Mərənd, Sulduz, Tehran və s. Güney Azərbaycan şəhərlərində Traxtur komandasının çempionluq şənliyi keçirilib. Təbrizin bütün məhəllələrində möhtəşəm şənlik keçirilib. Azərbaycan Türk Milləti şənlik edərkən milli şüarlar səsləndirib:

“Azərbaycan var olsun, istəməyən kor olsun!”

“Türk dilində mədrəsə- olmalıdır hər kəsə”

“Bu torpaqdan pay olmaz, Astara Gilan olmaz”

Və s. milli şüarlar səsləndirilib.

Miyana şəhərində hökumət qüvvələri “Traktor” komandasının azarkeşlərinə hücum edib

Polis məmurları “Traktor” komandasının çempionluq bayramı münasibətilə keçirilər yürüşü dağıtma məqsədi ilə Miyana şəhərinin küçələrində şəhər əhalisinin toplanmasının qarşısını almağa başlayıb.

Məmurlar şəhərdə gənclərdən birini tutaraq polis maşınına mindiriblər.

Bu an vətəndaş digər bir ictimai fəal gəncin həbsinə etiraz edib. Lakin məmurlar həmin fəalı da həbs ediblər, lakin onlar  vətəndaşların müdaxiləsi və müqaviməti ilə üzləşib və sonda həbs olunan hər iki gənci sərbəst buraxmağa məcbur olublar

Related Articles

Bir cavab yazın

Back to top button