Dünya

Fələstin Ərəb Birliyinin sədrliyindən çıxıb

Fələstin bəzi ərəb ölkələrinin İsraillə münasibətləri düzəltmələrinə etiraz olaraq, Ərəb Birliyinin başçılığından istefa verib. Məsələ ilə bağlı Fələstinin Xarici İşlər vəziri Riyaz əl-Maliki septabrın 22-də Ramallahda keçirdiyi mətbuat konfransında məlumat verib. O, bildirib ki, buna səbəb Ərəb Birliyinin baş dəbirinin İmarat və Bəhreynin İsraillə münasibətlərini düzəltmələrini dəstəkləməsidir. Vəzir ərəb ölkələrinin İsraillə razılığa gəlməsini “utanmaz” addım kimi qiymətləndirərək pisləyib.
“İndiki durum göstərir ki, Ərəb Birliyi belə bir təsmimi qınamayacaq. Biz üzv dövlətləri işğalçı hökumətlə münasibətləri düzəltməyə can atan Ərəb Birliyinə başçılıqla fəxr etmirik”,- deyə Riyaz əl-Maliki vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button