İran

Təbrizdə türk dilinin tədrisi ilə bağlı divarlara qrafitilər yazılıb

Təbriz divarlarında türk dilində təhsillə bağlı çox saylı qrafitilər və şüarlar yazılıb.

Yeni təhsil ilinin başlanması öncəsi türk dilində təhsil hüququ ilə bağlı Təbrizin divarlarında çoxsaylı şüarlar və divar yazıları yazılıb.

Türkcə təhsilin qadağan olunmasına etiraz edən milli-mədəni fəallar “ana dilim hanı?”, “Ana Yasanın 15-ci maddəsi”, “ana dilim olub dilim-dilim” və başqa məzmunlu şüarları şəhərin müxtəlif küçələrinin divarlarında yazıblar.

Son günlər yeni təhsil ilinin başlanmasına az bir vaxt qalmış, güneyli fəallar müxtəlif aksiyalar keçirirlər.

Müxtəlif şəhərlərdə türk dilində uşaq kitablarının paylanılması, divar yazıları və şüarlarla əhalinin diqqətini İranda Azərbaycan türkcəsində təhsilə qadağanın qoyulmasına və ana dilində təhsilin önəminə cəlb edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button