İran

Həmədanda 4 ton istifadəyə yararsız qida məhsulu aşkarlanıb

Həmədan Əyaləti Tibb Elmləri Danişqahının Sağlıq, Çevrə və İş Yeri Sağlamlığı İdarəsinin uzmanlarının mağazalara keçirdikləri baxış zamanı çoxlu miqdarda yayarsız məhsul tapılıb. Belə ki, Həmədanda mağazalara baxış zamanı istifadə müddəti bitmiş 4 ton yeyinti məhsulu bəlli edərək məhv edilib. Həmin məhsullar içərisində 1 ton 710 kiloqram konserv, kampot və meyvə şirələri, 1 ton 708 kiloqram un, çərəzlər, 357 kiloqram protein maddələri, ət və ət məhsulları, 289 kiloqram süd məhsulları, 46 kiloqramdan çox isə yeyinti boyası və dadlandırıcısı tapılıb.
İdarənin müvafiq tərhinə əsasən, 88 şikayətə baxılıb, bir restoranın isə fəaliyyəti dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button