Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran Məhkəməsinin nümayəndəsi: Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq tamamlanıb

“Bu ilin yanvar ayında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum acı bir hadisə idi.

Bütün aidiyyəti qurumlar hesab edir ki, bu hücumu törədən şəxsə qarşı sərt tədbirlər görülməlidir. Bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb”, – bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bugünkü mətbuat konfransında deyib.

Məsud Satayşi bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlığının vacibliyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə ediliblər.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button