İran

İranda daha 61 nəfər koronavirusdan həyatını itirib

İranda ötən 24 saatda 61 nəfər koronavirusdan ölüb. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə bu virusdan ölənlərin sayı 58 686 nəfərə yüksəlib. Vəzirlik rəsmisi deyib ki, ötən 24 saatda 75 885 nəfər koronavirusa yoluxub. Beləliklə, virusa yoluxanların sayı 1 488 981 nəfərə çatıb. Virus daşıyıcılarından 3 763 nəfərin durumu ağır qiymətləndirilir. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 272 287 nəfər koronavirusdan sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button