İran

İran Dövlət Televiziyası İngiltərə premyer liqasında Ukraynaya dəstək görüntülərini senzura edib

İranın Dövlət Teleradio Şirkəti İngiltərə premyer liqasında futbolçu və tamaşaçıların Ukrayna xalqına göstərdikləri 1 dəqiqqəlik dəstəyinə qəribə senzura tətbiq edib.

İranın Dövlət Teleradio Şirkəti İngiltərə premyer liqasında futbolçu və tamaşaçıların Ukrayna xalqına göstərdikləri 1 dəqiqqəlik dəstəyinə qəribə senzura tətbiq edib.

“Aznews tv”xəbər verir ki, televiziya son günlər premyer liqa çərçivəsində keçirilən oyunlar zamanı həmin dəstək görüntülərini yayımlamayıb, bunun əvəzində arxivdən olan videolar göstərib.

Bir müddət əvvəl Çin televiziyası isə Ukrayna xalqına dəstək nümayiş etdirilmə ehtimalı səbəbindən İngiltərə premyer liqasının bu həftə göstərilməyəcəyi ilə bağlı tamaşaçılara xəbərdarlıq edib.

Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən İran rəsmiləri Rusiyaya dəstək nümayiş etdirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button