Azərbaycanİran

Soydaşlarımız milli dəyərlərimizin təbliği məqsədilə maraqlı təşəbbüsə imza atıblar

Təbrizdə soydaşlarımıza məxsus kofe şirkəti istehsal etdiyi məhsulları milli üslubda qablaşdırmağa başlayıb. 

Təbrizdə milli üslubda dizayn olunmuş qəhvələr satılmağa başlayıb. Təbriz şəhərində fəaliyyət göstərən “Apogee” adlı qəhvə şirkəti qutularının üzərinə Azərbaycanın tarixi şəxsiyyətləri, habelə mədəniyyətimizə aid olan əfsanələr, rəqslər və s. yerləşdirirlər.

Bununla vətənpərvər fəallar satdıqları məhsullar vasitəsilə milli mənsubiyyətimizə aid olan dəyərləri böyükdən kiçiyə təbliğ edirlər. Qutuların üzərindəki məlumat Azərbaycan dilində həm latın, həm də ərəb əlifbası ilə yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button