Azərbaycanİran

Həmədanda əfqanistanlı qaçqınların evlərinə hücum edildi

Həmədan əyalətinin İqbaliyyə şəhərində yaşayan əfqanistanlı qaçqınların evlərinə hücum edilib.

Bu barədə əfqanistanlı qaçqınlar sosial media hesablarında paylaşmlar ediblər.

Oktyabrın 6-ı baş verən hücumda qaçqınların qapı-pencərələri sındırılıb, onlardan bölgəni tərk etmələri istənilib.

Hücumçuların hakimiyyət orqanlarnın təhriki ilə bu işə əl atdıqları, bunun İranla Taliban hökuməti arasındakı gərginliyin nəticəsi olduğu bildirilib.

Bir neçə gün əvvəl oxşar hadisə Tehranda baş verib və bir qrup gənc  əfqanistanlı yeniyetmələri ölümcül şəkildə döyərək ağır yaralayıblar.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Bir müddət əvvəl İran-Əfqanistan sərhəddində 11 əfqanistanlı öldürülüb, son bir il ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button