Dünyaİran

BBC İran–İsrail qarşıdurması haqqında

“İranın aprelin 14-nə keçən gecə İsrailə misli görünməmiş hücumu Yaxın Şərqdə münaqişənin mümkün gərginləşməsi ilə bağlı yeni narahatlıqlar yaradıb.

 Bu hücum nəticəsində İsrail ciddi itki verməyib və İranın atdığı 300 raket və pilotsuz təyyarənin, demək olar ki, hamısını vurub. Bu cür kütləvi hücum İranın hava hücumları həyata keçirmək qabiliyyətini, eyni zamanda İsrailin onlara qarşı müqavimət göstərmək qabiliyyətini nümayiş etdirdi. Buna cavab olaraq, İsrail çox məhdud bir zərbə endirdi, bu da heç bir ciddi ziyan vurmadı və daha çox Tehrana xəbərdarlıq xarakteri daşıdı. Ölkələrin heç biri bu zərbə mübadiləsini tamhüquqlu müharibəyə çevirməyə həvəsli deyil, çünki hər iki tərəf əhəmiyyətli hərbi gücə malikdir”, – deyə BBC-nin rus xidməti yazır.

Qeyd olunur ki, aprelin 14-dək İran və İsrail üçüncü ölkələrdə öz tərəfdaşları, əsasən, Hizbullah, HƏMAS və Yəmən husilərinin “Ənsar Allah” təşkilatı, həmçinin İraq və Suriyadakı İranyönlü qruplar vasitəsilə qarşıdurma aparırdılar. Bundan əlavə, “Tehran Suriyanın Əsəd hökumətinin tərəfindədir və bəzi məlumatlara görə, bu ölkənin ərazisindən İsrailə hücum etmək üçün istifadə edir”.

Related Articles

Bir cavab yazın

Back to top button