Azərbaycanİran

Azərbaycanlı mədəni fəalların həbsinin davamı; Məhəmmədriza Əmani həbs edilib

Azərbaycanlı mədəni fəalların həbsinin davamında 21 may 2023-də Şəbistər Kəşfiyyat İdarəsinin əməkdaşları bu şəhərdə yaşayan mədəni fəal “Məhəmmədriza Əməni Nadarlını” həbs etdilər.

Kəşfiyyat Nazirliyinin əməkdaşları Məhəmmədriza Əmanini Şəbistər şəhərinin “Nadarlı” kəndindəki evində həbs ediblər. Zabitlər bu Türk vətəndaşın evində də axtarış aparıb və onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kitablarını götürüblər.

Eyni zamanda, Nadarlı kəndində yaşayan başqa mədəni fəalı “Murtaza Nurməhəmmədi”nin evdə olmadığı üçün Kəşfiyyat Nazirliyinin əməkdaşlarının həbs etmək cəhdləri nəticəsiz qalıb.

Məhəmmədriza Əmani 2023-cü il mayın 18-də Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilən “Hüseyn Əməni Nadarlı”nın kiçik qardaşıdır. Cümə axşamı Təbriz Kəşfiyyat Nazirliyinin agentləri bu şəhərdə yaşayan daha 5 mədəni fəalı, yəni “Davud Şiri”, “Cavad Əhmədzadə”, “Əliriza Səbri”, “Ruhullah Əhmədinejad” və “Həmzə Vəlizadə”ni də salayaraq, onları bu təşkilatın təcridxanasına təhvil veriblər.

Bu xəbərin dərci anına qədər bu mədəni fəalların həbsinin səbəbləri ilə bağlı heç bir məlumat yoxdur. Buna baxmayaraq, görünən odur ki, bu vətəndaşların həbsi sosial şəbəkələrdə may 2006 aksiyasında ölənlərin ildönümü mərasiminin keçirilməsi ilə bağlı çağırışların dərci ilə bağlı qabaqlayıcı tədbirdir.

2006 may ayında İran qəzetində karikatura dərc edildikdən sonra İranın Türk bölgələrində geniş etiraz aksiyaları başlayıb. Mayın 22-də Təbriz Universitetində başlayan etiraz aksiyaları sürətlə başqa Türk şəhərlərinə də yayılıb. Bu etirazlara cavab olaraq İslam Respublikası etirazçı öyrəncilərə və insanlara qarşı qanlı təzyiqlər həyata keçirdi və ən azı 12 adam bu etirazlarda həyatını itirdi. Onların bəziləri təhlükəsizlik qüvvələrinin birbaşa gülləsindən, başqaları isə həbs olunaraq təcridxanalarda işgəncələrə məruz qalaraq öldürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button