İran

Milli fəal Əkbər Nəimi 9 il 8 ay həbs cəzasına məhkum edildi

Güney Azərbaycanın Xoy şəhərindən olan milli-mədəni fəal Əkbər Nəimi 9 il 8 ay həbs cəzasına məhkum edilib. Bu barədə milli-mədəni fəal Əkbər Nəiminin yaxınları bilgi verib.
Əkbər Nəiminin yaxınlarının verdiyi bilgilərə görə, o, juiyənin 19-u Təbrizdə saxlanıldıqdan sonra Tehranın “Evin” həbsxanasına aparılıb.
Milli-mədəni fəalın öncədən özünə və vəkilinə bildirilmədən həbsxananın qərəntinə bölməsinə köçürüldüyü deyilir.
Əkbər Nəimi Tehranın İnqilab Məhkəməsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq”, “ölkənin əmniyyətinə qarşı sözləşmək və əlbir olmaq” və “İslam Cumhuriyyətinə müxalif qrupların xeyrinə təbliğat aparmaq” ittihamları ilə ümumilikdə 9 il 8 ay həbs cəzasına məhkum olunub.
Bundan başqa onun 2 il ölkədən çıxması və siyasi, ictimai qrup və təşkilatlara üzv olması yasaqlanıb.
Qeyd edək ki, insan haqları fəalı və dil hüquqları müdafiəçisi Əkbər Nəimi 2020-ci il janviyənin 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində saxlanılıb.
Əmniyyət qüvvələri daha sonra onun evinə gedib axtarış aparıblar. Fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.
O, həbs olunduqdan sonra bir müddət Evin həbsxanasının 209-cu bölməsinin infiradisində saxlanılıb.
O, sonra vəsiqə qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdı.
Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli-mədəni fəal, eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin qurucularından biridir.

Related Articles

Bir cavab yazın

Back to top button