Dünyaİran

​​İran vətəndaşı Peruda saxlanılıb

Peruda APEC ofisinə hücum planı hazırlamaq ittihamı ilə İran vətəndaşı saxlanılıb. Bu barədə məlumatı Peru mediası yayıb.

Bildirilib ki, İran vətəndaşı Məcid Əzizi ölkənin paytaxtı Lima şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ofisinə terrorçu həmlə planlaşdırması ittihamı ilə həbs edilib.

Ölkənin Terrorizmlə Mübarizə İdarəsi martın 8-də bildirib ki, o, Limadakı bankların birindən pul götürərkən saxlanılıb.

#Peru #terror

Related Articles

Bir cavab yazın

Back to top button