Bölgə

İslamabad-Tehran-İstanbul yük qatarı Ankaraya çatıb

Türkiyənin nəqliyyat naziri İslamabad-Tehran-İstanbul yük qatarının Ankarada qarşılanma mərasimində deyib ki, bu qatar xətti ilə həm vaxt, həm də xərclər baxımından əhəmiyyətli dərəcədə qənaət ediləcək.

“Aznews tv” xəbər verir ki, Adil Kara İsmailoğlu bildirib ki, əvvəllər Türkiyə və Pakistan arasında 35 gün davam edən dəniz daşımaları artıq İslamabad-Tehran-İstanbul dəmir yolu vasitəsi ilə daha qısa zamanda və daha az xərclə həyata keçiriləcək, bu isə iki ölkə arasındakı əlaqələrin daha da artmasına gətirib çıxaracaq.

“Bu üstünlüklər bizim rəqabət gücümüzü də artıracaq. Bu qatarın Mərmərə dənizindən keçərək Avropaya birləşməsi üçün əlverişli zəmin yaratmağı hədəfləyirik. Bu qatar dekabrın 21-də Pakistanın Marqalay stansiyasından hərəkət edib və toplamda 5981 kilometr məsafəni 12 gün 21 saata qət edərək Ankaraya çatıb. Hazırda eyni xətt üzrə ikinci qatar dekabrın 29-da yola düşüb”, – deyə İsmailoğlu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button