Azərbaycanİran

Həbs edilən fəallar döyülüb

Avqustun 16-ı axşam saatlarında Təbrizin Səhənd (Yadiqari İmam) stadionunun qarşısında həbs edilən milli fəallar ağır şəkildə döyülüblər.

Avqustun 18-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan fəal Abdullah Ənsari bu barədə məlumat verib.

“Saxlanılan zaman və saxlanıldıqdan sonra ağır şəkildə döyüldük. Bizdən başqa kimliklərini bilmədiyimiz daha üç “Traxtur” tərəfdarı da ağır şəkildə döyülmüşdü. Onlardan biri aldığı zərbələr nəticəsində hüşünü itirmişdi”,- Ənsari bildirib.

Qeyd edək ki, Abdullah Ənsari, Kərim İsmayılzadə, Mehdi Nəsirzadə və İbrahim Rzayi avqustun 16-ı axşam saatlarında “Traxtur” “Perspolis” qarşılaşması öncəsi Səhənd stadionunun qarşısında həbs ediliblər.

Onların müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaları üçün hər birinə görə 900 milyon tümən girov istənilib.

Related Articles

Bir cavab yazın

Back to top button