İran

Çahar Mahal və Bəxtiyaridə içməli su problemi yaşanır

Çahar Mahal və Bəxtiyari əyalətində 450 min nəfər içməli su problemindən əziyyət çəkir. Burucen Vilayətinin Milli Məclisdəki nümayəndəsi Əli Quli Cəfəri Buruceni deyib ki, həmin ərazilərdə su qaynaqları məhv olmaq üzrədir. Çahar Mahal və Bəxtiyari Əyalətində su qaynaqlarının olmasına baxmayaraq, su olan çöllüklərin yüzdə 95-i enerji Vizarəti tərəfindən çöl kimi təyin edilib. Belə ki, bu ərazilərdən su çıxarılması qanunla qadağan edilib.

Cəfəri Buruceninin sözlərinə görə, su Çahar Mahal və Bəxtiyari Əyalətinin sənaye qütblərinə də tankerlərlə çatdırılır. Tankerlərlə su çatdırmada da bir sıra problemlər yaranır. Fərdanbe şəhərində isə hətta suyun bol olduğu illərdə içməli suyun verilişi gündəlik 14 saat dayandırılır.

 

Related Articles

Bir cavab yazın

Back to top button