Azərbaycanİran

Azərbaycanlı fəal Tehranda həbs edilib

İyunun 10-u axşam saatlarında Tehranda yaşayan tanınmış ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onun nədə ittiham olunduğu və həbs səbəbləri barədə ailəsinə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Yaşar Təbrizi bundan öncədə dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və uzun müddət məhkumluq dövrü yaşayıb.

O, xüsusilə SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanları ilə bağlı apardığı fəaliyyətlərə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə təzyiqlərə əruz qalıb.

Qeyd edək ki, Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Yaşar Təbrizi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button