Dünyaİran

Rusiya Ukrayna müharibəsində istifadə üçün İran pilotsuz təyyarələrinin ilk partiyasını alıb

"Washington Post" qəzeti və CNN xəbər kanalı Rusiyanın bu yaxınlarda İranın pilotsuz döyüş təyyarələrinin ilk partiyasını aldığını və onları Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya ötürdüyünü bildirib.

Qəzet Amerikadakı bir neçə təhlükəsizlik rəsmisinə və Amerika müttəfiqinə istinadən yazıb ki, yük avqustun 28-də Rusiya təyyarələri tərəfindən İranda yüklənərək Moskvaya aparılıb.

CNN Amerika hökumət rəsmilərinə istinadən xəbər verir ki, ruslar bu ayın əvvəlində İran hava limanlarından birində pilotsuz təyyarələri qəbul edib və bu ayın ortalarında yük təyyarələri vasitəsilə Rusiyaya təhvil veriblər.

“Washington Post”un yazdığına görə, Rusiya qüvvələri ilkin sınaqlarda pilotsuz təyyarələrdə qüsurlar görüb və bu, Rusiyanın narazılığına səbəb olub.

Amerikanın müttəfiqi olan ölkələrdən birində pilotsuz təyyarələrin təhvil verilməsini yaxından izləyən təhlükəsizlik rəsmisi “Washington Post”a açıqlamasında bu pilotsuz təyyarələrin sistemində bəzi səhvlərin olduğunu və rusların bundan məmnun olmadığını bildirib.

İlk dəfə Amerikanın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan iyulun 11-də Ağ Evdə deyib ki, İran Rusiyaya yüzlərlə döyüş pilotsuz təyyarəsi verəcək və Rusiya qüvvələrinə Ukrayna müharibəsində bu dronlardan istifadə etmək üçün təlim keçəcək.

Rusiyanın Ukraynaya hərbi hücumu zamanı İran Rusiyanın tərəfində olub və Əli Xamneyi iyulun 19-da Vladimir Putinlə görüşündə onun bu müharibədəki “təşəbbüsünü” yüksək qiymətləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button