Azərbaycan

Xoyda telekomnunikasiya işçiləri etiraz aksiyası keçiriblər

Polis məmurları onların iş yerlərinə girməsinə mane olub.

Dekabrın 26-də Qərbi Azərbaycanın Xoy şəhərində telekommunikasiya şirkətinin işçiləri etiraz aksiyası keçirdikləri üçün hökumət məmurları onların iş yerlərinə girməsinə mane olub.

Rütbələndirmə qanununun icra olunmamasına, hüquqlarının pozulmasına və bundan öncə irəli sürdükləri tələblərin yerinə yetirilməməsinə etiraz edən işçilərin şirkət rəhbərliyinin göstərişi ilə yenidən iş yerlərinə qayıtmalarına imkan verilməyib.

Bundan öncədə cari ildə bir neçə dəfə etiraz və tətil aksiyası keçirən telekommunikasiya şirkətinin işçilərinin əmək haqlarının ödənilməsi, iş şərayitlərinin yaxşılaşdırılması və iş təminatlarının durumu ilə bağlı istəklərinin heç birinə əhəmiyyət verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button