İran

İranın xari̇ci̇ ti̇carət dövri̇yyəsi̇ azalıb

“Bu il Biləsuvar mərz terminalından xarici ölkələrə 251 min 779 ton mal sadir edilib”. Bunu Ərdəbil ustanının Yol və Maşın Nəqliyyatı Baş İdarəsinin rəisi deyib. Kəlimullah Vusuqi sadirat həcminin keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 33 azaldığını bildirib. Onun sözlərinə görə, malların 242 min tondan çoxu 10 min 578 min daxili yük maşını ilə daşınıb. 9 min tondan çox mal isə 462 xarici yük maşını ilə mərzdən çıxarılıb. Bu il İrandan əsasən Azərbaycan, Rusiya, Gürcüstan və Qafqaza sadirat edilib. Sadir olunan mallar əkinçilik məhsulları, kaşi, şüşə, duz, tikinti daşı, püstə, neopan, xurma və polietilendən ibarət olub. “Mərzdən xarici ölkələrə çıxarılan əsas tranzit malları arasında mədən suyu, siman, MDF, gəç, neopan, kuluçə, düyü, duz və müxtəlif geyimlər yer alıb”. Bildirək ki, İranın xarici ölkələrə sadiratı kəskin şəkildə azalıb. Bu durumun əsas səbəbi İranın dünya və bölgə ölkələri ilə qarşıdurma siyasətini davam etdirməsidir. Bundan da əsasən əkinçi, əsnaf, iş adamı və şirkətlər zərər çəkirlər.

Related Articles

Bir cavab yazın

Back to top button