Azərbaycanİran

Qərbi Azərbaycanda toyuq əti qıtlığı yaşanır

Qərbi Azərbaycan əyaləti və əyalət mərkəzi Urmu şəhərində bir sıra ərzaq məhsulları, o cümlədən toyuq əti qıtlığı yaranıb.

Bu barədə yerli sosial media fəalları və internet istifadəçiləri məlumat verib, Urmuda toyuq əti mağazaları qarşısında və soyuduculu maşınlar arxasında izduham yaşandığını vurğulayıblar.

Onların dediyinə görə, uzun növbələrdə saatlarla gözləyən vətəndaşlara hər ailə üçün iki donmuş toyuq verilir.

Toyuqların ötən ldən qalma və keyfiyyətsiz olması barədə etirazlara əhəmiyyət verilmədiyi bildirilir.

Vətəndaşların etirazlarının qarşısını almaq üçün ötən həftə Qərbi Azərbaycan əyalətindən olan millət vəkilləri İran parlametinin toplantısında bununla bağlı çıxış edib, məsulların laqeyd münasibətini tənqid etdilər.

“İş o yerə çatıb ki, artıq vətəndaşların toyuq ətinə olan ehtiyacını belə təmin edə bilmirik. Toyuq əti qıtlığı da sanksiyalarla bağlıdır, bu sahədə Amerikadanın əlindədir? yoxsa toyuq ətinin talei də nüvə danışıqları ilə əlaqələndirilir?”,- deyə, onlar kənd təsərrüfatı nazirini tənqid ediblər.

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti toyuq əti istehsalında ölkədə birinci yerlərdən birini tutur.

Related Articles

Bir cavab yazın

Back to top button