İran

Süngün mis şirkətinin fəaliyyəti Qaradağ meşələrinə ziyan vurub

Şərqi Azərbaycanın Qaradağ meşələlərini qorumaq üçün yanğınsöndürmə payqahının tikilməsi ilə bağlı çalışmalar aparılır. Məsələ ilə bağlı Şərqi Azərbaycanın Təbii Qaynaqlar Baş İdarəsinin müdiri bilgi verib. Rəhim Mehrdadi meşə və otlaqların qorunmasının vacibliyini bildirib. O, Süngün yatağından mis çıxarma əməliyyatı zamanı Qaradağ meşələrinin 30 hektarının məhv edildiyini diqqətə çatdırıb. Bunun 19 hektarı meşəlik, 11 hektarı isə otlaq olub. Məsələni araşdırmaq məqsədilə əyalət başçısı tərəfindən komitə təşkil edilib. Araşdırmalardan sonra Süngün şirkətinin Qaradağ meşələrində dağıntılar törətdiyi sübuta yetirilib. Nəticədə əməliyyatların dayandırılması ilə bağlı göstəriş verilib. Mütəxəssislərin keçirdiyi baxışlar zamanı meşələrdəki 23 min 500 ağacın Süngün Mis şirkəti tərəfindən kəsildiyi bəlli olub. Mehrdadi şirkətin fəaliyyətini davam etdirməsinə icazə verilməyəcəyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button