Dünya

İqlim dəyişikliyi dünyanı təhdid edir

Bayden: “İqlim dəyişikliyi Amerika ilə dünyanı təhdid edir”

Hazırda iqlim dəyişikliyi Amerikanın Birləşmiş Əyalətləri kimi həm də bütün dünyanı təhdid edir.

CNN- xəbər verir ki, bu barədə “İda” qasırğası zərərinin qiymətləndirilməsi üçün ölkənin şimal-şərqinə səfərin gedişatında Amerika prezidenti Cozef Bayden bildirib.

“Biz uzmanlar, iqtisadçıları, milli təhlükəsizlik üzrə bilginlər dinləməliyik, onlar hamısı deyirlər ki, ölkə və dünya təhlükədədir”, – Nyu-Yorkun Kuins bölgəsində çıxış edən Ağ Ev rəhbəri deyib.

“İqlim dəyişikliyi bizim həyatımız, iqtisadiyyatımız üçün təhlükə təhdid edir və bu təhlükə artıq gəldi, yaxşı olmayacaq”, – Bayden qeyd edib.

Onun fikrincə, indi təkcə zərər dəymiş və ya dağıdılmış altquruluşu yenidən qurmaq deyil, həm də ölkədə baş verən gözlənilməz hadisələri nəzərə alaraq, yeni məcmuələr tikmək  lazımdır.

Qeyd edək ki, septambrın 1-dən Amerikanın şimal-şərq ştatlarında tüğyan edən “İda” qasırğası Niyu-York, Niyu-Cersi və Pensilvaniya əyalətlərinə ciddi ziyan vurub. Mediyaların hesablamalarına görə, şimal-şərqdə təbii hadisənin qurbanlarının ümumi sayı 40 nəfəri ötüb. Ölənlərin birçoxu su altında qalan binaların zirzəmilərində yaşayırdılar.

Related Articles

Bir cavab yazın

Back to top button