Azərbaycanİran

Xameneyinin nümayəndəsi İranın Rusiyaya PUA-lar verdiyini təsdiq edib

Seyid Əli Xameneyinin Şərqi Azərbaycandakı nümayəndəsi, Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali Haşim əlaqəsiz çıxışı ilə sosial media istifadəçilərinin müzakirəsinə səbəb olub.

İranın hərbi gücünün inkişafından danışan təbrizli axund İranın Rusiyaya müharibədə istifadə etmək üçün çox sayda pilotsuz təyyarələr verdiyini və bunun iranlılar üçün fəxr olduğunu deyib.

Bununla yanaşı o, cümə namazı çıxışında İranın koronovirusa qarşı yerli istehsalı olan bir milyon doz “Bərəkət” vaksininin Afriqaya satdığını söyləyib.

Onun, İran xarici işlər naziri Hüseyn Əmirabdullahiyanın “Afriqa ölkəsinə səfəri zamanı 1 milyon Bərəkət vaksininin bu ölkəyə satışı qərara alınıb” ifadəsi sosial media istifadəçilərinin təəccübünə səbəb olub.

Ali Haşim sentyabrın 2-i cümə namazındakı çıxışında Afriqanı ölkə adlandırıb və sonradan qıraqdan ona irad bildirildikdən sonra çıxıçının ikinci hissəsində səhvi düzəldərək Afriqanın qitə olduğunu deyib.

İstifadəçilər Ali Haşimin Afriqanın ölkə və ya onlarla ölkədən ibarət qitə olduğunu bilməməsindən heyrətləndiklərini, belə şəxslərin on milyonlarla vətəndaşa rəhbərlik etmələrinin heyrətamiz olduğunu yazıblar.

Related Articles

Bir cavab yazın

Back to top button