İran

İranda öldürülən qadınların son sayı açıqlandı

Son 6 ay ərzində İranda 52 qadın həyat yoldaşı və başqa ailə üzvləri tərəfindən öldürülüb.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda öldürülən qadınların 20-sinin namus məsələsi üstündə qətlə yetirildiyi bildirilib.

İran hökumətinin bundan öncəki rəsmi statistikasında son 2 il ərzində 172  qadının ailə üzvləri tərəfindən öldürüldüyü qeyd edilib.

Qadın haqları fəalları öldürülən qadınların rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür.  Buna görə də qatillərin sayı azalmır.

Related Articles

Bir cavab yazın

Back to top button