
Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində yerləşən tarixi “Qarapapaq kişi” mücəssəməsi dağıdılıb. Bu barədə şəhər fəalları məlumat veriblər. Bildirilib ki, şəhərin Qalabaşı məhəlləsində yerləşən bu mücəssəmə bilinməyən şəxslər tərəfindən marsın 22-dən 23-ə keçən gecə dağıdılıb. Bənzər olay Sulduz şəhərində davamlı olaraq qeydə alınır. Qeyd edək ki, tarixi abidələrə qarşı bu cür hərəkətlər əsasən mühacir qeyri-türklər tərəfindən törədilir. Belə ki, ötən ilin desambr və bu ilin janviyə aylarında Sulduzun Azərbaycan meydanındakı “Azərbaycan” tablosu və şəhərin mərkəzindəki “Çillə” simgəsi də onlar tərəfindən dağıdılıb.