Azərbaycanİran

Qoşaçayda məhbus fəalların azadlığı istənilib

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində həbsdə olan milli fəallara dəstək aksiyası keçirilib. Fəallar bu barədə sosial şəbəkədə paylaşım ediblər.

Onlar son həftələr İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurlarının həbs etdiyi milli-mədəni fəalların posterlərini şəhər küçələrində yayıb, divarlara yapışdırıblar.

Fəalların hökumət tərəfindən girov götürüldükləri, həbslərinin qanunsuz olduğu qeyd edilib, dərhal sərbəst buraxılmaları istənilib.

Qeyd edək ki, son ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya, Binab və başqa bir neçə şəhərində çox sayda fəal həbs edilib.

Fəalların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb, uzunmüddətli həbslərinə zəmin yaradılır.

Related Articles

Bir cavab yazın

Back to top button