Dünyaİran

Ceyk Salivandan İranın nüvə proqramı ilə ilgili xəbərdarlıq

İranın artan atom böhranı ilə məşğul olmaq Co Bayden dövləti üçün “həyati öncəlik” sayılır. Bunu Amerikanın Milli Əmniyət məsələləri üzrə müşaviri Ceyk Salivan deyib. Məsələ ilə bağlı cümə günü Amerika barış danişkədəsinin keçirdiyi məcazi toplantıda bilgi verilib. Salivanın sözlərinə görə, Amerika İranın şər davranışları, eləcə də bölgədəki başqa dağıdıcı hərəkətləri ilə məşğul olacaq. O, İranın atom silahı tolid etmək üçün lazımi maddələri əldə etməyə yaxınlaşması barədə bildiriş edib. “Co Bayden İranın yaratdığı təhdidlər miqyasının aradan qaldırılması üçün atom anlaşmasını canlandırmaq, habelə son iki ildə əhəmiyyət verilməyən bəzi meyar və məhdudiyyətlərin yenidən icra olunmasını təmin etmək fikrindədir”,-deyə Salivan vurğulayıb.
Qeyd edək ki, Amerikanın yeni xarici işlər vəziri Antoni Blinken çərşənbə günü mətbuat konfransında Amerikanın İranla razılığa gəlməkdən hələ uzaq olduğunu deyib. Amerikanın öz müttəfiqləri ilə İranla uzunmüddətli razılaşmalar əldə edilməsini müzakirə edəcəyini açıqlayıb.
Bildirək ki, İran höküməti illərdir öz xalqının milli sərvətlərini atom silahı hazırlamaq üçün xərcləyir. Bu durum həm bölgə, həm də dünya ölkələrinin nigaranlığına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button