Azərbaycan

İlham Əliyev Cəbrayıl və Hadrutu ziyarət etməyə hazırlaşır

“Siz Azərbaycan Ordusunun azad etdiyi əraziləri ziyarət edəcəksinizmi?».

Rusiya nəşri RBK-nın əməkdaşı Azərbaycan Prezidentindən müsahibə götürərkən, ona belə bir sual da verib.

Azərbaycan liderinin cavabı qısa və konkret olub: “Əlbəttə!»

İ.Əliyev qeyd edib ki, hökumət azərbaycanlı qaçqınları öz evlərinə qaytaracaq: “Siz bu insanların sevincini, Cəbrayıl sakinlərinin, Füzuli kəndlərinin, Tərtər rayonunun, Hadrutun sakinlərinin, demək olar ki, 30 ildən sonra öz torpaqlarına qayıdacaq insanların sevincini təsəvvür edə bilərsinizmi? Orada qayıtmağa yer yoxdur.  Azad edilmiş ərazilərdən göstərdiyimiz videokadrlar göstərir ki, orada hər şey dağıdılıb. Biz bunu bilirdik. Stalinqraddan daha pisdir. Dağılmamış nə varsa, o da talan edilib. Onlar hətta pəncərə çərçivələrini oğurlayıblar. Unitazları oğurlayıblar. Bu, sadəcə, dövlət siyasətinə çevrilmiş qarətçilikdir. Ona görə də biz bu əraziləri bərpa edəcəyik”.

Related Articles

Bir cavab yazın

Back to top button