İran

İranda 4 məhbus edam edilib

İranda 4 məhbus edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilatın iyulun 23-də yaydığı məlumatda Tehranda daha 3 məhbusun edam edildiyini bildirib.

İran mediası məhkumların kimliyi barədə açıqlama vermədən onların adam öldürmək və təcavüzdə ittiham olunduqlarını yazıb.

Bununla yanaşı Yəzd şəhərinin zindanında bundan öncə narkotik maddələrin alverində ittiham olunan Əmir Ocağı adlı məhkumun da dar ağacından asılaraq edam edildiyi qeydn olunur.

Qeyd edək ki, İranda edam sayı kəskin artıb və ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxalıb.

Related Articles

Bir cavab yazın

Back to top button