İran

İran rejimi bəluсlulara qarşı amansız repressiyalara hazırlaşır

İran hökuməti Sistan və Bəlucistan şəhərlərində repressiyalara başlamaq istəyir.

Bu, aylardır hər həftənin cümə günü davam edən etiraz aksiyalarını yatırmaq üçün nəzərdə tutulur.

Məlumata görə, son günlər Tehran rejiminin bu istiqamətdəki fəaliyyətləri artıb. Bəluсlulara qarşı olan təbliğat şiddətlənib. İranın rəsmi mediası Sistan və Bəlucistan əyalətində çox sayda silah-sursatın ələ keçirildiyini iddia edib.

Əyalətin polis qüvvələrinin rəisi Dostəli Cəliliyan 16 silahlı dəstəyə bağlı olan 750 nəfərin həbs edildiyini deyib. O, bununla yanaşı, Sistan və Bəlucistanda keçirilən əməliyyatlar nəticəsində 82 döyüş silahı və 200 ədəd qumbaraatan mərmisinin də aşkar edilərək götürüldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button