Dünya

Amerika Gürcüstana 30 milyon dolarlıq “Javelin” raketləri tədarük edəcək

Amerika Gürcüstana ümumilikdə 30 milyon doları məbləğində tank əleyhinə əldə daşınan “Javelin” (FGM-148) raket sistemlərini tədarük edəcək.
“ANT” xəbər verir ki, bu barədə Pentaqonun Uluslararası difa İnkişafı ajansı məlumat yayıb.
Qeyd olunur ki, Dövlət heyəti müqavilənin Amerikanın xarici siyasəti və milli təhlükəsizliyinə zidd olmadığını düşünür.
“Javelin” sistemləri Gürcüstanın əmniyətini və torpaq bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, habelə ölkənin tank əleyhinə potensialını artıraraq, indi və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək”, – ajans bildirib.
“Javelin” “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən ortaq tolid olunur. Sistemlər zirehli maşınları və alçaqdan uçan hədəfləri məhv etmək üçün hazırlanıb. “Javelin” 1996-cı ildə Amerika ordusunun xidmətində istifadəyə verilib. Bu sistemlər İraq savaşı və başqa silahlı qarşıdurmalar zamanı istifadə edilib.
Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Related Articles

Bir cavab yazın

Back to top button