Amerikanın İran üzrə xüsusi nümayəndəsi Eliot Abrams ötən gün Amerikanın İrana ən yüksək təhrimlər icra edəcəyini bildirib. O, Vaşinqtonun İranın hər hansı təhdidinə cavab verməyə hazır olduğunu vurğulayıb.
Amerika rəsmisi “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd edib ki, Amerika Birləşmiş Millətlər Təşkilatının İrana qarşı təhrimlərini geri qaytarmaqda ciddi və qərarlıdır.
Eliot Abrams avropalıların Tehrana qarşı təhrimlərinin icrasında həmkarlıq etmələrini arzulayıb və Vaşinqtonun avropalı müttəhidlərindən məyus olduğunu dilə gətirib.