İran

İranlı deputat: Hakimiyyət xalqın fikrinə bir faiz belə önəm vermir

İran parlamentinin 10-cu çağırış Müstəqillər Fraksiyasının sədri olmuş Qulaməli Cəfərzadə İmənabadi “didbaniran.ir” saytına müsahibəsində parlamentin sədri Qalibafın ailəsinin Türkiyəyə səfəri və burada iki bahalı mənzil alması ilə bağlı son günlərdə ölkədə yaranmış qalmaqala toxunub.

O, bu barədə deyib: “Cəmi iki gün əvvəl çörək sexlərindən birinə getmişdim, buranın sahibi and içir ki, insanlar artıq çörək də ala bilmirlər! Əhalinin çörək almağa pulu yoxdur”.

Sabiq millət vəkilinin sözlərinə görə, xalqın bu ağır günündə parlament sədrinin Türkiyədə iki ədəd lüks mənzil almasına dair dəlil-sübutlar var.

“Ölkədə internetin məhdudlaşdırılması və nəzarətə alınması planına parlamentdə qarşı çıxan millət vəkillərinə isə yuxarıdan xəbərdarlıq ediblər ki, bu mövqelərinə davam etsələr, növbəti seçkidə namizədlikləri ləğv olunacaq”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button